METBUAT.AZ

İdman

"Qarabağ" onu milyonluq futbolçu ilə əvəzləyir -

26 Dekabr 2023 23:12

"Qarabağ" klubu uzun müddətə sıradan çıxan futbolçusu Kevin Medinanın əvəzedicisini tapıb.

Offsideplus.az-ın əldə etdiyi məlumata əsasən, Ağdam təmsilçisinə Gürcüstan millisi və hazırda APOEL (Nikosia) formasını geyinən Laşa Dvali təklif olunub. 28 yaşlı mərkəz müdafiəçisini bəyənən klub qarşı tərəfə rəsmi təklif göndərib və hazırda cavab gözlənilir.

Futbolçunun "Transfermarkt"də dəyəri 1,2 milyon manat (600 000 avro) civarındadır.

Qeyd edək ki, Dvali karyerası ərzində "Ferentsvaroş", "Kasımpaşa" klublarında çıxış edib.

Kevin Medina


Laşa Dvali



metbuat.az.