4 Dekabr 2023 22:07
Bu gün Azərbaycan Premyer Liqasında 15-ci tura yekun vurulub.
Metbuat.az xəbər verir ki, turun son matçında “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Qəbələ”ni qəbul edib və rəqibi üzərində 3:0 hesablı qələbə qazanıb.
Ağdam təmsilçisinə 3 xal qazandıran qollara 7-ci dəqiqədə Hamidu Keyta, 64-cü dəqiqədə Nəriman Axunzadə və 90+2-ci dəqiqə Juninyo imza atıb.
Qeyd edək ki, 15 turdan sonra “Qarabağ” 32 xalla liderdir. İkinci sırada qərarlaşan “Zirə”nin 28 xalı var.