4 Dekabr 2023 04:02
Artıq qəhvənin xərçəng və digər təhlükəli xəstəliklərin profilaktikasında rolu sübut olunub.
Metbuat.az medicina.az-a istinadən xəbər verir ki, həkim Denis Bannoqonun sözlərinə görə, amma bu məsələdə düzgün miqdar nəzərə alınmalıdır.
“Sutkada 2 fincan təzə dəmləmiş qəhvə sirroz riskini 2 dəfə azaldır.
Natural qəhvə güclü antioksidantdır, orqanizmdə iltihabla mübarizə aparır.
Avstraliyalı alimlər gündə 2 fincan qəhvənin bağırsaq xərçəngi riskini 40% azaltdığını sübut edib.
Mən hesab edirəm ki, qəhvə öd daşları əleyhinə, depressiyaya qarşı, eləcə də süd vəzi, prostat xərçənginə qarşı da təsir edir”.