METBUAT.AZ

Dünya

Qəzza müharibəsində gözlənilən oldu -

1 Dekabr 2023 15:40

Qəzzada atəşkəs başa çatdıqdan sonra hücumlarını bərpa edən İsrail Yəmənin paytaxtı Sənada İranın dəstəklədiyi Husi milislərinə məxsus hərbi obyekti vurub.

Metbuat.az xəbər verir ki, Səudiyyə Ərəbistanının əl-Hədas televiziyası partlayışın hava hücumu nəticəsində baş verdiyini bildirib. Husilərin yüksək rütbəli rəsmisi partlayışın köhnə sursatların partlaması nəticəsində baş verdiyini iddia edib.

Qeyd edək ki, Qəzzada atəşkəs başa çatandan sonra İsrail ordusu bölgəyə hücumlarını bərpa edib. Məlumata görə, Xan Yunusu hədəf alan İsrail ordusunun bombardmanı nəticəsində 54 fələstinlinin həlak olub. İsrail mətbuatı İsrail ordusunun hücumlarını HƏMAS liderlərindən Yəhya Sinvarın gizləndiyi əraziyə cəmlədiyini yazıb.


metbuat.az.