METBUAT.AZ

Dünya

Qəzzada ölən fələstinlilərin sayı 16 minə yaxınlaşır

4 Dekabr 2023 18:24

Qəzza zolağında ölən fələstinlilərin sayı 16 min nəfərə yaxınlaşır.

Metbuat.az “Al Jazeera“ telekanalına istinadən xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, 7 oktyabrdan indiyə qədər HAMAS-la İsrail ordusu arasında gedən döyüşlər nəticəsində Qəzza zolağında 15 899 nəfər fələstinli ölüb.

Həlak olanların təxminən 70 faizinin qadın və uşaqlar olduğu bildirilib.


metbuat.az.