METBUAT.AZ

Gündəm

​Qırğızıstanda dondurucu soyuqlar -

13 Dekabr 2023 16:07

Qırğızıstanda soyuq hava şəraiti ilə əlaqədar bütün təhsil müəssisələrində üzbəüz tədrisin dayandırılması və təlimin onlayn keçirilməsi qərara alınıb.

Metbuat.az xəbər verir ki, Təhsil və Elm Nazirliyinin məlumatına görə, dərslərə bir həftə fasilə verilib. Nazirlik tərəfindən rayon təhsil müdirliklərinə göndərilən məktubda təhsilin onlayn davam etdirilməsi və internetdəki təhsil resurslarından faydalanmaq üçün tədbir görülməsi tapşırılıb. Fövqəladə Hallar Nazirliyinə bağlı Hidrometeorologiya Xidmətinin açıqlamasında dondurucu temperaturun davam edəcəyi, bəzi yerlərdə havanın temperaturunun mənfi 35-dən aşağı düşəcəyi gözlənilir.

Paytaxt Bişkekdə yağan güclü qardan sonra bələdiyyə qrupları qar təmizləmə, duzlama və qar təmizləmə işlərini davam etdirir.


metbuat.az.