23 Dekabr 2023 08:25
Qırğızıstanda dövlət və bələdiyyə qulluğuna namizədlərin işə qəbul edilərkən poliqrafdan (yalan detektoru) keçirilməsi planlaşdırılır.
Metbuat.az Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Dövlət Qulluğu və Yerli İdarəetmə üzrə Dövlət Agentliyinin direktoru Kudaybergen Bazarbayev bildirib.
“Bələdiyyə və dövlət orqanlarında ehtiyata qəbul olunarkən, rəhbər vəzifələrə təyin edilərkən poliqrafdan keçirilmədə əsas məqsəd namizədin korrupsiya ilə bağlı vəziyyətini müəyyən etməkdir. Poliqrafdan dövlət və bələdiyyə qulluqçuları arasında korrupsiyaya qarşı mübarizədə istifadə ediləcək və o, rəhbərliyə vətənpərvərlərin cəlb edilməsinə kömək edəcək”, - Agentlik direktoru deyib.
Onun sözlərinə görə, artıq müvafiq normativ-hüquqi aktların hazırlanmasına başlanılıb.