METBUAT.AZ

Gündəm

Qızılca ilə bağlı risk qrupunda olanlar

1 Dekabr 2023 15:27

Beş yaşına qədər uşaqlar, 20 yaşdan yuxarı şəxslər risk qrupuna daxil olanlardır.

Metbuat.az xəbər verir ki, bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib.

Onun sözlərinə görə, ağırlaşmalar daha çox bu qrupa aid olanlarda müşahidə edilir: “Qızılcaya yoluxma müşahidə edildiyi zaman mütləq həkimə müraciət etmək, ağırlaşma olduğu hallarda stasionar müalicəyə başlamaq lazımdır”.

Turan İbrahimova deyib ki, son dövrlərdə qızılcaya yoluxma halında artım təkcə Azərbaycanda deyil, digər ölkələrdə də müşahidə edilir: “Son dövrlərdə qızılcaya yoluxmada artımın müşahidə edilməsinə səbəb COVID-19 pandemiyası dövründə uşaqların qızılcaya qarşı peyvəndləmədən kənarda qalmalarıdır”.

O deyib ki, peyvənddən öncə həkim konsultasiyası olmalıdır:

"Vaksinasiya otaqlarında təkmilləşdirmə işləri aparılıb, “soyuq zəncir” sisteminin gücləndirilməsinə nəzarət edilir. Peyvəndlər konsultasiyadan sonra ağırlaşma halları olmayacağı təqdirdə vurulur”.

“Peyvəndin istehsal olunduğu ölkəyə yox, onun gətirilmə qaydasına, saxlanma şəraitinə baxmaq lazımdır. Bununla bağlı bütün tələblərə əməl edilir. Qızılcaya qarşı peyvənd hamilələr, immuniteti ilə bağlı xəstəlikləri ağır keçirən şəxslər, peyvəndin hansısa komponentinə qarşı yüksək allergik reaksiya varsa, bu şəxslər üçün əks göstərişdir”, - deyə o qeyd edib.


metbuat.az.