23 Dekabr 2023 23:24
Soyuqdəymə, respirator xəstəliklər və hazırda da qızılca zamanı rasiona A vitamini ilə zəngin qidalar daxil etmək lazımdır.
Metbuat.az medicina.az-a istinadən xəbər verir ki, həkim Aleksandr Umnov sağalmaq və immuniteti gücləndirən qidaları açıqlayıb.
“A və C vitamini ilə zəngin meyvə-tərəvəzləri unutmaq olmaz. Bunlar sitruslar, yaşıl soğan, kök, giləmeyvələrdir. Eləcə də yağsız balıq, yağsız ət, yumurta, bərk pendirlər lazımdır.
A vitamini hansı qidalarda çoxdur: mal ciyəri, balıq ciyəri, kök, yaşıl göyərti, salat, kərə yağı, zeytun.
C vitamini –itburnu, bolqar bibərləri, kələm, sitrus, alma.
İmmun sistem üçün üzüm və kətan toxumlu sıyıqları da unutmayın. Bu sıyıqda sink, dəmir, maqniy, kalsium, Omeqa 3 turşusu olur.
Bu qidalar beyni aktivləşdirir, bağırsaq florasını gücləndirir, qan dövranını artırır, qanda şəkəri tənzimləyir.
Qara kişmiş qanda hemoqlobini artırır. Hemoqlobin immunitetin yarısıdır”.