5 Dekabr 2023 22:50
ARB TV-nin "Günə Son" verilişinin çəkiliş heyəti bir neçə gün əvvəl dünyasını dəyişən 9 yaşlı Rinat Cahangirlinin evində olub.
Metbuat.az xəbər verir ki, Rinatın qızılcadan dünyasını dəyişməsi ehtimal olunur.
Babası ölümü ilə bağlı təfərrüatları bizə danışdı: "Bədənində səpkilər var idi. İki gün olar ki, xəstəxanadan çıxarılmışdı. Qızdırması elə də çox olmurdu. Rinatın son sözlərini söyləyən babası göz yaşlarını saxlaya bilmədi - "Anasını və nənəsini çağırdı ki, mən ölürəm, gəlin görüşək deyib hər ikisini öpüb canını tapşırdı" - deyə o, bildirib.
Daha ətraflı video məlumatı təqdim edirik: