METBUAT.AZ

İdman

"Real"ı çiyinlərində daşıdı, ilin ən yaxşısı seçildi

28 Dekabr 2023 11:58

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ilin ən yaxşı gənc oyunçusunu açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu ada mövsümün əvvəlində Almaniyanın "Borussiya" (Dortmund) klubundan İspaniya "Real"ına keçən Cud Bellinqem layiq görülüb.

20 yaşlı yarımmüdafiəçi 276 xalla bütün rəqiblərini qabaqlayıb. Almaniyanın "Bavariya" klubundan Camal Musiala (120) ikinci, İspaniya "Barselona"sından Qavi (82) üçüncü olub.

Qeyd edək ki, Cud Bellinqem "Real Madrid"də bu mövsüm 21 oyuna 17 qol vurub.


metbuat.az.