METBUAT.AZ

İdman

"Real" məşqçi barədə qərarını verdi

29 Dekabr 2023 19:42

İspaniyanın "Real" klubu baş məşqçisi Karlo Ançelotti ilə müqavilənin müddətinin uzadılması ilə bağlı razılığa gəlib.

Metbuat.az Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssisin yeni sözləşməsi 2026-cı il iyunun 30-dək nəzərdə tutulacaq.

Qeyd edək ki, italiyalı baş məşqçi komandada olduğu beş mövsümdə 10 titul qazanıb. Bunlardan ikisi UEFA Çempionlar Liqası, ikisi klublararası dünya çempionatı, ikisi UEFA Superkuboku, biri La Liqa, ikisi ölkə kuboku, biri isə İspaniya Superkubokudur.


metbuat.az.