22 Dekabr 2023 14:43
“Rublun dollar qarşısında 200 -ə qalxmasına hələki heç bir səbəb yoxdur, lakin yaxın gələcəkdə biz rublun “amerikalıların” məzənnəsi qarşısında 90-95 arasında olmasında indidən alışmalıyıq”.
Metbuat.az xəbər verir ki, bu açıqlamanı maliyyə analitiki Sergey Drozdov rublun taleyi ilə bağlı vəziyyəti dəyərləndirən zaman deyib.
Son günlər Rusiya milli valyutasının zəifləməsi fonunda suallara cavab verən ekspert bildirdi ki, Rusiya milli valyutasının möhkəmlənməsi üçün stabil tendensiya yoxdur.
"Gələcəkdə dolların 100 rubla yüksəlməsi bizə elə də qeyri-adi hadisə kimi görünməyə bilər. Xərclər artacaq, biz bunu öz cibimizdən ödəyəcəyik. Hər şey üçün daha çox ödəyəcəyik. Rublun məzənnəsi möhkəmlənmədən hər hansı ucuzlaşmadan söhbət gedə bilməz. Əvvəllər əsas məzənnənin artırılması həqiqətən rublun xeyrinə işləyirdi. Ancaq bu gün Rusiya bazarında praktiki olaraq heç bir qeyri-rezident yoxdur. Ona görə də əsas faiz dərəcəsini 30-a qədər qaldırsanız da, heç nə dəyişməyəcək".
Analitik hesab edir ki, dolları 85 rubl həcminə qədər sürətini azatlmaq mümkün olarsa inflyasiya da azalmağa başlayacaq.
Qeyd edək ki, Rusiya rublu bir dollar qarşılığından 101-ə qədər yüksəlib.
Gülbəniz Hüseynli / Metbuat.az