7 Dekabr 2023 12:45
Rusiyada prezident seçkisinin keçiriləcəyi tarix məlum olub.
Metbuat.az “Ria Novosti”yə istinadən xəbər verir ki, Rusiya Federal Məclisinin Federasiya Şurası qərarına əsasən növbəti prezident seçkisi gələn il martın 17-də keçiriləcək.
Bu barədə bəyanat səsləndirən Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko deyib ki, qərardan sonra seçki kampaniyasına start verilir.
Artıq sabahdan etibarən Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası prezident seçkiləri kampaniyasının başlanmasına həsr olunmuş iclas keçirəcək.