8 Dekabr 2023 11:29
Rusiyaı Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya ilə NATO arasında toqquşma ehtimalının yüksək olduğunu bildirib.
Metbuat.az xəbər verir ki, o, bununla bağlı teleqram kanalındakı səhifəsində yazıb.
"Rusiya ilə NATO arasında birbaşa toqquşma ehtimalı heç vaxt Karib böhranından sonra indiki qədər yüksək olmayıb", - D.Medvedev qeyd edib.
O özünün teleqram kanalında bildirib ki, Karib böhranından sonra III Dünya Müharibəsinə səbəb olacaq birbaşa toqquşma təhlükəsi Rusiya ilə NATO arasında heç vaxt bu qədər real olmayıb.