METBUAT.AZ

Dünya

Rusiya Putinin qarşısına çıxan bu qadından danışır -

22 Dekabr 2023 11:16

2024-cü ildə Rusiyada keçiriləcək prezident seçkilərində özünü “sülhə sadiq qadın” siyasətçi kimi qələmə verən Yekaterina Dountsova namizədliyini irəli sürdüyünü açıqlayıb.

Metbuat.az xəbər verir ki, rəsmi olaraq prezidentliyə namizəd olan Dountsova üçün lazım olan sənədlər Seçki Komissiyası tərəfindən qəbul edilib. Bəzi müxalif mənbələrinin xəbərində deyilir ki, Yekaterina Dountsova prezident seçkilərində qalib gələcəyi şübhəsiz olan Prezident Vladimir Putinə qarşı müstəqil namizəd olub. Dountsova parlament partiyasından namizəd olmadığı üçün 300 min dəstək imzası toplamalıdır.

Müraciətindən sonra dərc etdiyi mesajda qadın siyasətçi “Biz heç nəyin əleyhinə deyilik, sülh və demokratik proseslərin tərəfdarıyıq” deyib.



metbuat.az.