METBUAT.AZ

Siyasət

Sabah MSK-nın iclası keçiriləcək

15 Dekabr 2023 14:05

Sabah Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçiriləcək.

Bu barədə Metbuat.az-a MSK-dan bildirilib.

İclasda növbədənkənar Prezident seçkiləri ilə əlaqədar bir sıra məsələlərə baxılacaq.

Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.


metbuat.az.