METBUAT.AZ

Siyasət

Səfirliyimiz Türkiyə hərbçilərinə qarşı terror hücumunu

23 Dekabr 2023 10:32

Azərbaycanın Ankaradakı səfirliyi Türkiyə hərbçilərinə qarşı terror hücumunu şiddətlə qınayıb.

Metbuat.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin “X” hesabında paylaşım edilib.

“İraqın şimalında xain terror hücumu nəticəsində şəhid olan qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin. Onların ailələrinə və yaxınlarına səbr diləyirik. Terroru şiddətlə qınayırıq”, - paylaşımda bildirilib.

Qeyd edək ki, İraqın şimalında terrorçuların hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 6 hərbçisi şəhid olub.


metbuat.az.