20 Dekabr 2023 17:16
Lənkəran rayonunda şəhid baş leytenant Samid Əkbərovun anası Zərifə Əkbərova dünyasını dəyişib.
Metbuat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yer alıb. O, 65 yaşında vəfat edib.
Qeyd edək ki, Samid Əkbərov 23 yanvar 1983-cü ildə Lənkəran rayonunun Boladi kəndində dünyaya gəlib. 2000-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 8 noyabr 2008-ci il tarixində Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində şəhidlik zirvəsinə ucalıb.