METBUAT.AZ

Hadisə

Şəkidə məhkumun vaxtilə basdırdığı tüfəng

8 Dekabr 2023 18:43

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat keçirib.

Ədliyyə nazirliyindən Metbuat.az-a verilən məlumata görə, dekabrın 7-də birgə əməliyyat-axtarış tədbiri nəticəsində Şəki penitensiar müəssisəsində saxlanılan məhkumun azadlıqda olarkən basdıraraq gizlətdiyi bir ədəd tüfəng Şəki rayonu, Öyrət kəndi ərazisində aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.