30 Dekabr 2023 11:06
Türkiyəli siyasətçi Sinan Oğan “Qalatasaray - Fənərbaxça” Superkubok matçının Azərbaycanda, Xankəndi şəhərində keçirilməsini təklif edib.
Metbuat.az bildirir ki, o, bu barədə özünün sosial şəbəkə hesabında yazıb. Siyasətçi bildirib ki, Xankəndi stadionu bu matç üçün idealdır.
Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanında oynanılması nəzərdə tutulan oyun ləğv edilib. Səbəb olaraq yerli hakimiyyətin arenada Atatürk pankartları, köynəkləri və Türkiyənin dövlət himnini qadağan etməsi göstərilir.