31 Dekabr 2023 00:31
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ildə milli komandalarda işləyən ən yaxşı baş məşqçini müəyyənləşdirib.
Metbuat.az IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, bu ada Argentina yığmasının "sükanı arxasında" olan Lionel Skaloni layiq görülüb.
45 yaşlı mütəxəssis 185 xalla bütün rəqiblərini qabaqlayıb.
Fransa millisindən Didye Deşam (112 xal) ikinci, Portuqaliya yığmasından Roberto Martines (61 xal) üçüncü olub.