26 Dekabr 2023 10:25
Bir müddət öncə dekabr ayının sosial yardımlarının bayramla əlaqədar olaraq hər zamankından daha tez - dekabrın 22-nə kimi ödənilib yekunlaşacağı bildirildi. Lakin vətəndaşlar arasında ödənişlərin gecikməsi ilə bağlı şikayətlər səsləndirilir.
Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan Trend-in sorğusuna cavab olaraq ay bitmədən ödənişlərin yekunlaşmış olacağı bildirilib.
"Respublika üzrə pensiyaların ödənişi yekunlaşıb. Digər sosial ödənişlər isə gecikmir, ay sonunda ödənişlər yekunlaşmış olacaq", - deyə qeyd edilib.
Qeyd edək ki, 8 dekabr tarixində Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib.