METBUAT.AZ

Hadisə

Sumqayıtda evlərdən pul və qızıl oğurlayan şəxslər

6 Dekabr 2023 10:12

Sumqayıtda evlərdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə 9-cu mikrorayon ərazisində müxtəlif vaxtlarda iki evdən ümumilikdə 10 500 manat pul və eyni məbləğdə qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri S.Orucov, əvvəllər məhkum olunmuşlar T.Hacıyev və R.İsmayılov müəyyən olunaraq saxlanılıblar.


metbuat.az.