8 Dekabr 2023 10:28
Aktyor, tele-aparıcı, rejissor, ssenarist Sərxan Kərəmoğlu xəstəxanada müalicə alır.
Metbuat.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə sənətçi özü paylaşım edib.
O 3 gün bundan qabaq xəstəxanaya yerləşdiyini bildirib:
"Necə deyərlər, üç gündür canımla əlləşirəm. Ölkədə tək qızılca deyil, digər viruslar da gəzir. Mən də xəstələndim. Hazırda mənə "sistem”lər köçürülür. Bu müalicələr mütləq həkim nəzarəti ilə aparılmalıdır. Ağlınıza gələn iynə-dərmanı istifadə etməyin. Mütləq həkimə müraciət edin”.