METBUAT.AZ

Şou-Biznes

Tanınmış müğənninin atası itkin düşüb -

22 Dekabr 2023 21:43

"15 yaşımdan pul qazanmağa başlamışam. Elə çətin məqamlar gördüm ki, onlardan çıxmaq mümkün deyildi".

Metbuat.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Rahidə Baxışova "İncə səhər" proqramında deyib. Sənətçi həyatından danışarkən göz yaşı töküb:

"4 uşaq olmuşuq: 2 bacı, 2 qardaş. Qardaşlarımı gənc yaşda itirdim, bir bacım qalıb. Evin böyüyü olmuşam, bütün yük üstümə düşüb. Buna görə də pul qazanmağa erkən başladım. 15 yaşında qız ata, ana yanında böyüməli, təhsil almalı idi. Mənim həyatım elə gətirdi ki, 1990-cı ildən 20 Yanvar hadisələrində atam getdi, qayıtmadı. Anam onu çox axtardı. Hər yeri gəzirdi ki, ya ölüsünü, ya dirisini tapsın. İndi səhnədə olmaq, ifa etmək asandır".


metbuat.az.