6 Dekabr 2023 12:37
"Təhminə" filmində bu obrazı mən oynamalı idim. Xalq artisti Fəxrəddin Manafovdan da maraqlana bilərsiniz. Onunla kinostudiyanın otaqlarının birində məşq də edirdik. Allah rəhmət eləsin Rasim Ocaqova. Sonra nə baş verdi bilmədim. Bir də gördüm ki, Meral Konrat... O məndən yaxşı oynayır bəyəm? Əsil Təhminə elə mən idim".
Metbuat.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Mehriban Xanlarova "Xəbərin var?" proqramında deyib. Sənətçi ekran işində rol almadığı üçün peşman olmadığını bildirib:
"Amma sonra fikirləşdim, yaxşı ki, filmdəki o "Tələsmə, Zaur" hissəsini mən oynamadım. Hələ də məni qınayardılar, haqqımda yazardılar. Amma bu gün elə bəh-bəhlə baxırlar ki... Çox yaxşı, əladır deyirlər. Amma Mehriban oynasaydı, gör nələr olardı. Meral Konratın ifasını da bəyənmədim.
Heç özüm də maraqlanmadım ki, niyə uzaqlaşdırıldım. Rasim Ocaqov şəxsən özü Şahmar Ələkbərovla söhbət etmişdi. Yəqin ki, Meralı rejissor özü dəvət etdi. İndiyə kimi bu məsələ ilə bağlı heç maraqlanmamışam".
Qeyd edək ki, Meral Konrat Azərbaycanda çəkilən "Təhminə" filmi ilə məşhurlaşıb.