16 Dekabr 2023 22:46
Sosial şəbəkə üzvlərindən daxil olan çoxsaylı şikayətlər əsasında paytaxt sakini Vəliyeva Ləman polis əməkdaşları tərəfindən saxlanılıb.
Metbuat.az manset.az-a istinadən xəbər verir ki, araşdırma nəticəsində toplanan materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Ləman Vəliyeva 1000 (min) manat cərimə edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev faktı saytımıza təsdiq edib.