24 Dekabr 2023 17:11
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Kasım-Jomart Tokayev dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Azərbaycan və Qazaxıstan prezidentləri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar.
Telefon söhbətində bu ilin noyabrında SPECA-nın Bakıda keçirilmiş Zirvə toplantısı zamanı Azərbaycan və Qazaxıstan dövlət başçıları arasında keçirilən görüşdə əldə edilmiş bütün razılaşmaların uğurla icra olunduğu qeyd edilib, gələn il Qazaxıstan Prezidentinin Azərbaycana həyata keçiriləcək dövlət səfərinin əlaqələrimizin hərtərəfli inkişafına təkan verəcəyinə əminlik bildirilib.