METBUAT.AZ

Hadisə

Üçüncü kurs tələbəsi faciəvi şəkildə öldü -

20 Dekabr 2023 22:50

Bu gün saat 19 radələrində Mingəçevir şəhəri ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı iki piyadanı vurub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə nəticəsində piyadalardan biri- 2005-ci il təvəllüdlü Hüseynova Nazlı Rövşən qızı aldığı xəsarətlərdən vəfat edib, digər piyada Sadıqzadə İmamrza Çingiz oğlu isə xəsarət alıb.

Hər iki piyadanın Mingəçevir Turizm kollecinin üçüncü kurs tələbəsi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.