METBUAT.AZ

İdman

UEFA "xəyanəti" bağışlamadı -

25 Dekabr 2023 09:25

"Barselona" bir neçə il Çempionlar Liqasından kənarlaşdırıla bilər.

Metbuat.az xəbər verir ki, "Barselona" Maliyyə Fair Play qaydalarını pozduğuna görə belə cəzaya məruz qala bilər. İspaniya mətbuatının məlumatına görə, UEFA hələlik bu barədə yyekun qərar verməyib. Lakin UEFA "Barselona"ya qarşı belə qərar qəbul edərsə, bu azı 1 ildən ibarət olacaq. Məsələ barədə “Barselona”dan hələlik açıqlama verilməyib. UEFA-nın Maliyyə Fair Play qaydalarını araşdırdığı klublar arasında “Mançester Siti”, PSJ və daha bir neçə klub var.

Bəzi dairələr iddia edir ki, “Barselona” Avropa Super liqasının qurucularından olduğuna görə, UEFA-nın qəzəbinə tuş gəlib. Digər klublara isə güzəşt edilə bilər.


metbuat.az.