15 Dekabr 2023 12:28
Rusiya prezidenti Vladimir Putin ölkəsinin Ukrayna ilə bağlı hədəflərinin dəyişmədiyini bildirib.
Metbuat.az xəbər verir ki, o illik məbtuat konfransında bildirib ki, Rusiya Ukraynadakı hədəflərinə çatandan sonra sülh əldə olunacaq. "Ukraynada məqsədlərimizə çatanda sülh əldə olunacaq. Məqsədlərimiz dəyişmir: Ukraynanın nasistlərdən təmizlənməsi, silahsızlaşdırılması və neytral statusun əldə edilməsi" – Putin bildirib.
Qeyd edək ki, Vladimir Putinin Moskvada keçirilən illik mətbuat konfransı 4 saat davam edib. Vladimir Putin daxili və xarici siyasətlə bağlı 2 milyon 800 mindən çox sualdan 80-ni cavablandırıb.