22 Dekabr 2023 15:18
Xocalı rayonunun Meşəli kəndindəki soyqırımına görə Bakı Hərbi Məhkəməsinin 15 il azadlıqdan məhrum etdiyi Vaqif Xaçaturyan ailəsilə danışıb.
Metbuat.az Demokrat.az-a istinadən xəbər verir ki, bu barədə xəbəri onun qızı Ermənistan KİV-nə açıqlayıb. Xaçatryanın qızı Vera Xaçatryan bildirib ki, atası ilə telefon danışığı bir neçə gün əvvəl baş tutub.
“Atam hər şeyin qaydasında olduğunu, dərman qəbul etdiyini bildirdi”. Vera Xaçaturyanın sözlərinə görə, telefon danışığı Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyilə gerçəkləşib:
“O, yalnız yaxşı olduğunu, dərman qəbul etdiyini dedi. Başqa heç nə demədi. Bizə ayda bir dəfə zəng edir”, - Vera Xaçatryan deyib.
Noyabrın 7-də Bakı Hərbi Məhkəməsi 68 yaşlı Vaqif Xaçatryan haqqında hökm çıxarıb. O, 1992-ci ildə Meşəli kəndində baş verən qətliamda təqsirləndirilərək 15 il müddətinə azadlıqdan məhrum edilib.