19 Dekabr 2023 19:21
“Veysəloğlu Distribusiya” şirkətinin distribusiyasını həyata keçirdiyi qlobal markalar “Nargis” fondunun təşkilatçılığı ilə Fəvvarələr Meydanında keçirilən “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasına qatılıb.
“Haribo”, “Ozmo”, “Tess” və “Nescafe” markaları öz rəngarəng stendlərində yarmarka iştirakçılarına öz çeşidli məhsullarını təqdim edirlər.
Yarmarka 2024-cü il, yanvarın 15-dək davam edəcək.
Yarmarkanın maliyyə sponsorlarının dəstəyi ilə və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsaitin müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına yönəldiləcək.
Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu Distribusiya” 150-dən çox yerli və qlobal istehsalçının 3500-dən çox çeşiddə məhsulunu Azərbaycan istehlakçısı üçün əlçatan edir. Şirkət 10000-dən artıq satış məntəqəsində distribusiyasını həyata keçirir. Bakı şəhərindəki baş ofisi ilə yanaşı, Mingəçevir və Salyanda da regional ofislərə malikdir.