8 Dekabr 2023 23:59
Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) Ukraynanı üzvlüyə qəbul etməyə hazır olmadığnı açıqlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə V.Orban Fransanın “Le Point” jurnalına müsahibəsində deyib.
O bildirib ki, Avropa Komissiyasının Kiyevin üzvlük üçün yeddi ilkin şərtdən dördünü yerinə yetirməsi barədə məlumat doğru deyil.
V.Orban, həmçinin Ukraynanın dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri olduğunu söyləyib: “Biz üzvlüklə bağlı danışıqlar prosesinə başlamağa qərar verə bilmərik”.