18 Dekabr 2023 17:27
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Xalq artisti Rafiq Əzimovun Lənkəranda qastrol səfəri zamanı başına iş gəlib.
Metbuat.az qafqazinfo-ya istinadən xəbər verir ki, 85 yaşlı sənətkar “Qarabağnamə” tamaşasının nümayişindən sonra yıxılıb, ayağını zədələyib.
R.Əzimov təcili əməliyyat olunub. Hazırda evdədir, vəziyyəti yaxşıdır. Məlumatı teatrın Mətbuat Xidməti təsdiqləyib.