METBUAT.AZ

Dünya

Xəstəxanada ölən qadın dilənçinin evindən yarım milyon pul çıxdı

26 Dekabr 2023 12:29

İraqda aparıldığı xəstəxanada dünyasını dəyişən dilənçinin varlı olduğu üzə çıxıb.

Metbuat.az xəbər verir ki, dilənçinin evində kisələrdə təxminən 400 min dollar və külli miqdarda qızıl tapılıb. Dilənçinin ölümündən sonra onun iki qardaşı ölən şəxsin vəsiqəsini almaq üçün onun evinə gediblər. Evdə milyonlarla İraq dinarı və torbalarda qızıl tapıblar. Qardaşlar bacılarına məxsus pul və qızılları maşına yükləyərkən saxlanılıblar. Polisin evə baxışı zamanı qızılla birlikdə təxminən 400 min dollar tapılıb. Polis ölən qadının qardaşlarını nəzarətə götürüb. Evdən tapılan pullar təhvil verilib. Qadının qonşuları dilənçiliklə çörəkpulu qazanan qadına çox kömək etdiklərini, tənha qadına daim yemək verdiklərini bildiriblər. Ölən qadının oğlunun polis əməkdaşı olduğu iddia edilib.


metbuat.az.