METBUAT.AZ

Ölkə

Yağıntılı hava nə vaxtadək davam edəcək?

12 Dekabr 2023 12:16

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin nə vaxtadək davam edəcəyi açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yağıntılı hava şəraitinin dekabrın 14-ü gündüzədək davam edəcəyi gözlənilir.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 12-də saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, əksər rayonlarda arabir yağış yağıb, bəzi şərq rayonlarında intensiv olub.


metbuat.az.