METBUAT.AZ

Siyasət

YAP-ın növbədənkənar Prezident seçkilərindəki səlahiyyətli nümayəndələri

15 Dekabr 2023 11:30

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar Prezident seçkilərində səlahiyyətli nümayəndələrinin adları açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən genişləndirilmiş iclasında qəbul edilib.

Qərarla YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP sədrinin müavini Əli Əhmədov partiyanın növbədənkənar Prezident seçkilərindəki səlahiyyətli nümayəndəsi təyin edilib.

Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunub.


metbuat.az.