METBUAT.AZ

Ölkə

Yaşar Əliyev vəfat etdi

8 Dekabr 2023 19:05

Milli Məclisin I və II çağırış üzvü, Azərbaycan Milli Məclisinin sədr müavini, Azərbaycan Ali Sovetinin sədr müavini olub.

Metbuat.az xəbər verir ki, Azərbaycanın Çindəki (2002-2011) səfiri vəzifəsində çalışıb. Həmin dövrdə Azərbaycanın Vyetnam, Cənubi Koreya, Şimali Koreya və Monqolustandakı (2004-2011) səfiri vəzifəsini də yerinə yetirib.

Xatırladaq ki, Y.Əliyev Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın atasıdır.


metbuat.az.