13 Dekabr 2023 00:06
Milli Hidrometeorologiya Xidməti 4-15 yanvar tarixlərində Bakıda və Abşeron yarımadasında qar yağacağı, şaxta olacağı, güclü külək əsəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.
Metbuat.az xəbər verir ki, qurumun rəisi Nazim Mahmudov “Qafqazinfo”ya bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.
Onun sözlərinə görə, Xidmət tərəfindən yanvar ayı üçün heç bir hava proqnozu verilməyib.