8 Dekabr 2023 13:47
ABŞ-dakı yüzlərlə yəhudi təşkilatı və qeyri-hökumət təşkilatının nümayəndələri ABŞ Prezidenti Co Baydenə məktub yazaraq Qəzzada dərhal və daimi atəşkəsə çağırıblar.
Metbuat.az xəbər verir ki, “Sülh üçün Yəhudi Səsi”, “IfNotNow” və “J Street” kimi aparıcı yəhudi təşkilatları da daxil olmaqla bir çox təşkilatın nümayəndələri Baydenə göndərdikləri məktubda Qəzzada atəşkəsdən əlavə, məhbusların azad edilməsi üçün siyasi addımlar atılması üçün çağırış edilib. “Atəşkəs, məhbusların azad edilməsi və həm israillilərin, həm də fələstinlilərin kollektiv təhlükəsizliyini və azadlığını təmin edəcək uzunmüddətli siyasi həllə çağırış etmək üçün bir araya gəldik” ifadəsinin yer aldığı məktubda yəhudi din xadimlərinin imzasının olması diqqət çəkib.
Qeyd edək ki, bundan əvvəl Bayden administrasiyasına məktub göndərən 400-dən çox keçmiş və indiki məmur administrasiyanı Qəzzada atəşkəsin tətbiq edilməsi üçün İsrailə təzyiq göstərməyə çağırıb.