METBUAT.AZ

Dünya

Yeni prezidentin qərarı ölkəni qarışdırdı

28 Dekabr 2023 11:42

Argentinada minlərlə insan Prezident Xavyer Mileyin ifrat sağçı hökumətinin iqtisadi siyasətinə etiraz edib.

Metbuat.az xəbər verir ki, Ümumi Biznes Konfederasiyasının çağırışı ilə paytaxt Buenos-Ayresdə toplaşan minlərlə insan Mileyi hökumətinin iqtisadi siyasətinə və tənzimləmənin ləğvi fərmanına etiraz edib. Həmkarlar İttifaqının baş katibi Gerardo Martinez tənzimləmənin ləğv edilməsi barədə fərmana qarşı olduqlarını ifadə edərək, “Prezident Mileyinin legitimliyini şübhə altına almırıq, ancaq onun qurumların səlahiyyətlərinə hörmət etməsini istəyirik. Fəhlələr öz konstitusiya hüquqlarını müdafiə edirlər” deyə bildirib. Prezident Mileyinin iqtisadiyyatda köklü dəyişikliklər vəd edən fərmanının konstitusiyaya zidd olduğunu irəli sürən Ümumi Biznes Konfederasiyası qərara etiraz etməyə çağırıb. Açıqlamada məsələnin masa arxasında həll edilməsinin vacibliyinə toxunulub.

Həmkarlar ittifaqlarının iddialarına görə, fərman çərçivəsində tətil hüququ məhdudlaşdırılır, əmək müqavilələri və işdən çıxma ödənişləri sistemləri dəyişdirilir, iş qaydaları yenidən müəyyən edilir, dövlət şirkətlərinin özəlləşdirilməsinə yol açılır, qanunvericilik aktları təsdiqlənir.


metbuat.az.