METBUAT.AZ

Ölkə

Yoxlayıcı orqanların siyahısı

28 Dekabr 2023 12:15

Nazirlər Kabineti “Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı”nı təsdiqləyib.

Metbuat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı aşağıdakı kimidir:

1. Azərbaycan Respublikasının Audiovizual Şurası;

2. “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi” publik hüquqi şəxs;

3. “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi” publik hüquqi şəxs;

4. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” publik hüquqi şəxs;

5. “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxs;

6. “Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxs;

7. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti;

8. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti;

9. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi.


metbuat.az.