7 Dekabr 2023 09:20
"Zəlzələdən sonra afterşoklar olacaq. Ancaq ola bilsin ki, hiss olunmasın".
Metbuat.az xəbər verir ki, bunu “Report”a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, bugünkü zəlzələ iyul ayında Xəzər dənizində baş verən ocaqda qeydə alınıb: "Zəlzələ həmin yerdədi, həmin qırılma boyudur. Həmin zaman da 6-7 afterşok olmuşdu. Heç biri də hiss olunmamışdı".