METBUAT.AZ

Gündəm

20 yanvar şəhidləri tək Azərbaycanın deyil, bütün türk xalqının qəlbində daim yaşayacaq -

20 Yanvar 2024 12:29

20 yanvar faciəsi Azərbaycanın matəm günüdür. Bu gün ilə əlaqədar Türkiyənin Azərbaycandakı Səfirliyində bayraqlar endirilib.

Mətbuat.az-ın məlumatına görə, bu u bu gün Şəhidlər Xiyabanında 20 yanvar şəhidlərinin məzarını ziyarət edən Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı deyib:

"20 yanvar, qardaş Azərbaycanın matəm günüdür.

Bu gün səfirliyimizin bayrağı da yarıya endirilib. Bayraqları bayraq edən üstündəki qandır. Torpaq, uğrunda ölən varsa, vətəndir. 20 yanvar Azərbaycan üçün bayaq söylədiyim mənanı daşıyan bir gündür. 20 yanvar azadlıq uğrunda yandırılan məşəldir. Bu gecə qəhrəmanlar canlarını verdilər, sabah dirildikləri gündür. 20 yanvar Azadlıq meydanında toplaşmağa səbəb olan hürriyyət, azadlıq, müstəqillik arzusunun başladığı tarixdir. Bu gün vasitəsilə bütün şəhidləri, 20 yanvarı, aprel döyüşlərini, Birinci, İkinci Qarabağ müharibələrində həyatını itirən şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Biz inanırıq ki ə, bütün şəhidlər sadəcə Azərbaycan xalqının deyil, türk xalqının da ürəyində yaşayır və əbədi yaşayacaqdır. Ruhları şad olsun. Məkanları cənnət olsun. Hamısını ehtiramla yad edirik".



metbuat.az.