METBUAT.AZ

Dünya

2023-cü ildə bu milyarderlər vəfat etdi -

5 Yanvar 2024 10:49

Yola saldığımız 2023- cü ildə Forbes siyahısında olan 21 milyarder vəfat edib.

Metbuat.az xəbər verir ki, bu milyarderlərdən doqquzu ABŞ-da, üçü Hindistan, iki nəfər isə Malayziyada vəfat edib. 2023-cü ildə vəfat edənlər arasında yalnız bir qadın var. Bu qadın Çin farmatsevtika şirkəti “WuXi App” in həmtəsisçisi Tec Chao Nin-dir. O, son 20 il boyunca xərçənglə mübarizə aparsa da, 56 yaşında vəfat etdi.

2023-cü ildə tanınmış Misir milyarderi Muhammad Al-Fayed də vəfat etdi. Al-Fayed şahzadə Diananın atası idi. Parisdə Ritz oteli, Harrods və "Fulham" futbol klubunun sahibi olan Muhammed 94 yaşında vəfat edib.

Vəfat etmiş ən yaşlı milyarder Billy Joe-dur. "Red" McCombs (95 yaş), avtomobil dilerləri şəbəkəsinin sahibi, “Clear Channel” radiostansiyasının təsisçisi olan Billy Warren Buffett-in investor şirkəti “Berkshire Hathaway”in vitse-prezidenti idi.

Qeyd edək ki, 2023-cü ildə vəfat edənlər arasında amerikalı musiqiçi və iş adamı Cimmi Buffett, sabiq İtaliya baş naziri Silvio Berlusconi, Intel-in əsasçısı Gordon Moore, Hindistandakı ən böyük boya istehsal şirkəti Asian Paints Ltd-in müstəqil direktoru Ashwin Dani də var.


metbuat.az.