METBUAT.AZ

Hadisə

2023-cü ildə mina terrorunun qurbanı olanların sayı

26 Yanvar 2024 10:43

2023-cü ildə 58 şəxs Ermənistanın mina terrorunun qurbanı olub.

Metbuat.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Geniş Kollegiya iclasında çıxışı zamanı deyib.

O bildirib ki, 19 nəfər həlak olub, 39 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baş prokuror, həmçinin qeyd edib ki, 342 şəxs 2020-ci ilin noyabr ayından hazırki vaxtadək mina və hərbi sursat partlayışlarının qurbanı olub, həmin şəxslərdən 65-i həlak olub, 277 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


metbuat.az.