METBUAT.AZ

Sosial

2024-cü ildə zəlzələlər baş verəcək, vulkanlar püskürəcək

20 Yanvar 2024 19:27

2023-cü il ərzində xüsusilə də Türkiyə də baş verən dağıdıcı zəlzələdən sonra, mütəmadi olaraq,

jurnalistlər tərəfindən məndən müsahibə alınırdı və mən vurğulayırdım ki, 2023-ci il ümumilikdə

seysmik və tektonik aktivliyi ilə səciyyələnəcəkdir. Çünki, bu bir dövrülük xarakteri yaşayır. 2023-ci il

ərzində mütəmadi olaraq, Azərbaycan da və bir neçə ölkədə də zəlzələlər baş verdi. İyul və

dekabr aylarında Xəzər dənizinin şimalında, Bakıda zəlzələ hiss olundu”

Bu sözləri seysmoloq Qulam Babayev mətbuat.az-a zəlzələ haqqında suallara cavab verərkən bildirib.

“Bu xüsusi seysmik və tektonik dövrdür. Bu çox hallarda 10-15-il bəzən isə 20 il davam edir. 2023-ci

ilin dekabrında Xəzər dənizində baş verən, Bakı şəhərində hiss olunan zəlzələdən sonrada mən bildirmişdim ki, 2024-cü ildə də bu aktivlik hiss olunacaq. Qeyd etdim ki, keçən il ilə müqayisəsidə

superaktivlik daha çox müşahidə olunacaq”.-deyə seysmoloq qeyd edib.

Azərbaycanda və dünyada da bütün mövcud olan seysmoaktiv regionlar, ərazilər eləcə də bir neçə illər

avtiv olmayan seysmik ocaqlarında ayılacağını, hətta vulkanların da püskürəcəyinin deyən, Qulam

Babayev vurğulayıb ki, yanvarın 1-də baş Yaponiyada verən zəlzələ buna bir göstəricisidir.

“İl ərzində zəlzələlər baş verir, sadəcə olaraq zəlzələlər bir neçə kateqoriyaya ayrılır. Hiss olunmayan,

hiss olunan, güclü , dağıdıcı və kotostrafik. Hiss olunmayan zəlzələlər hər gün baş verir. Nəinki,

Azərbaycan da ümumiyyətlə dünyada. Bunları cihazlar qeydə alır. İnsanlar bunu hiss eləmirlər” deyə

seysmoloq qeyd edib.

Qulam Babayev bildirib ki, 2024-cü ildə güclü və hiss olunan zəlzələlər baş verəcək.

“Biz bunu görürük və müşahidə edirik . 4.5, 5.5 bal gücündə zəlzələlər baş verəcək. Bunlar

qaçılmazdır, bunlari biz hiss edəcəyik. Zəlzələ müxtəlif ərazilərində baş verə bilər”

Seysmoloq onu da deyib ki, zəlzələ zamanı insanlar mümkün olduğu qədər təşviş keçirməməlidir.

“Əgər, insan bu titrəyişləri hiss edirsə, ilk öncə özündə güc tapıb kandar qapısını tez bir zamanda açıq

qoymalıdır ki, çıxış kilidlənməsin. Pəncərənin yanından uzaq durmalıdır”.

Seysmoloq Qulam Babayev son olaraq qeyd edib ki, artıq dövlət tərəfindən seysmik risk xəritəsinin

qurulmasının zamanı çoxdan gəlib çatıb. Çünki, seysmik risk xəritəsi böyük, geniş sahəni əhatə edir.

“Həmçınin binalar zəlzələyə davamlı tikilməlidir. Köhnə binalar nəzərdən keçirilməlidir


metbuat.az.