26 Yanvar 2024 18:10
Prezident seçkilərini izləmək üçün 23 beynəlxalq media qurumu müraciət edib.
Mrtbuat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
“İndiyədək Yaponiya, Türkiyə, Almaniya, İtaliya, Rusiya və bir sıra ölkələrdən 23 beynəlxalq media qurumunun 61 əməkdaşı növbədənkənar prezident seçkilərini izləmək üçün müraciət edib”, - o qeyd edib.